Məzahir Pənahov hərbi hissələrdəki səsvermədən danışdı
21.02.2020 15:22 Daxili siyasət

Məzahir Pənahov hərbi hissələrdəki səsvermədən danışdı

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında sədr Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, seçicilərin səsini tənzimləmək üçün hər hansı hüquq norması yoxdur: “Seçki Məcəlləsində məntəqələrlə bağlı ayrı-seçkilik nəzərdə tutulmayıb. Azərbaycanda hərbi hissələrdə seçkilər tam şəffaf keçirilir. Seçki günü hərbi hissələrdə yaradılan məntəqələrdə baş tutan səsvermə ilə bağlı müxtəlif şikayətçilər öz narahatlığını ifadə edir. Amma burada bizim edə biləcəyimiz heç nə yoxdur”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm