Məzahir Pənahov Müsavat Partiyasının müraciətinə cavab verib
26.12.2019 14:54 Daxili siyasət

Məzahir Pənahov Müsavat Partiyasının müraciətinə cavab verib

"MediaPost" “Report”-a istinadən xəbər verir ki, müraciətə MSK-nın bu gün keçirilən iclasında baxılıb.

Müsavat Partiyasının Aparat rəhbəri, partiyanın parlament seçkiləri ilə bağlı səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı iclasda məsələni MSK sədri Məzahir Pənahovun diqqətinə çatdırıb və ondan bu məsələdə dairə seçki komissiyalarına müraciət ünvanlamasını xahiş edib.

G.Aslanlı qeyd edib ki, namizədlərə imza toplamaq üçün hazırda 10 vərəqə verilir: “Dairə seçki komissiyalarından 11-ci vərəqəni istəyəndə deyirlər ki, icazə yoxdur. Əgər mənə vermirlərsə, başqalarına heç verməzlər. Xahiş edirəm ki, bununla bağlı fikrinizi bildirəsiniz”.

M.Pənahov isə bildirib ki, imza vərəqələrinin verilməsiylə bağlı heç bir məhdudiyyət yoxdur: “ Əgər həmin vərəqələr qəsdən sıradan çıxarılmayıbsa, daha çox seçici imzası toplamaq üçün əlavə vərəqlərin verilməsində heç bir problem yoxdur”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm