Məzahir Pənahov namizədləri ədalətli olmağa çağırıb
31.01.2020 14:02 Daxili siyasət

Məzahir Pənahov namizədləri ədalətli olmağa çağırıb

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri namizədləri ədalətli olmağa çağırıb: “Biz bütün namizədlər üçün bərabər şərait yaratmışıq. Lakin bu vəziyyətdən düzgün istifadə etmək lazımdır. Namizədlərin hansısa yolla bir-birinə qarşı kampaniya aparması qanunvericiliyə ziddir və biz buna heç cür imkan verə bilmərik”.

M.Pənahov deyib ki, deputatlığa namizədlər öz qələbələrini başqalarının məğlubiyyəti üzərində qurmamalıdır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm