Məzahir Pənahov vəzifədən gedir? - AÇIQLAMA
26.02.2020 10:40 Daxili siyasət

Məzahir Pənahov vəzifədən gedir? - AÇIQLAMA

Məsələ ilə bağlı “MediaPost”a danışan hüquqşünas Akif Qurbanov MSK-nın tərkibinin formalaşdırılmasının hüquqi tərəflərindən bəhs edib:

“Mərkəzi Seçki Komissiyasının üzvləri 18 nəfərdən ibarətdir. Seçki Məcəlləsinə görə, MSK-nın 6 nəfər üzvü parlament çoxluğundan, yəni Yeni Azərbaycan Partiyasının (YAP) irəli sürdüyü namizədlərdən, 6 nəfəri parlamentdə olan bitərəf deputatların irəli sürdüyü namizədlərdən, 6 nəfəri isə parlamentdə azlıqda olan bir-iki deputat yeri olan partiyalardan formalaşır.

MSK sədri isə komissiyanın üzvləri içərisindən seçilir. Qanunvericiliyə görə, sədr çoxluğun - YAP-ın nümayəndələrindən biri olmalıdır”.

Hüquqşünasın sözlərinə görə, MSK sədrinin səlahiyyət müddəti anlayışı yoxdur:

“Əslində, qanuna görə, MSK üzvlərinin səlahiyyət müddəti var. MSK sədrinin səlahiyyət müddəti isə MSK üzvlərinin səlahiyyət müddəti çərçivəsində həll olunur. Komissiyanın səlahiyyət müddəti 5 il - yeni parlament formalaşdırılana qədər davam edir. Yeni parlament seçiləndə artıq komissiya üzvləri yenilənir. Mərkəzi Seçki Komissiyasının üzvlərinin üçdə ikisi nə vaxt hesab etsə ki, sədr dəyişdirilməlidir, bu zaman müvafiq qərar qəbul edilir”.

Xatırladaq ki, Məzahir Pənahov 2000-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilib və MSK-nın sədri seçilib.

“MediaPost”

Xəbərlər departamenti

Gündəm