Sosial evlərin təmiri ilə bağlı görüntülər - VİDEO
18.02.2020 12:22 İqtisadiyyat

Sosial evlərin təmiri ilə bağlı görüntülər - VİDEO

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan Yaşayış Kompleksindəki sosial mənzillərin təmiri ilə bağlı video görüntü yayıb.

"MediaPost" xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasına uyğun olaraq Hövsan Yaşayış Kompleksinin bütün mənzilləri tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif ediləcək.

Yasamal Yaşayış Kompleksində olduğu kimi Hövsan Yaşayış Kompleksinin mənzilləri ənənəvi olaraq 2 cür təmir edilmişdir. Təmir növləri dizayn və rəng seçimi ilə fərqlənir. Bütün mənzillər yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunmaqla tikinti standartlarına uyğun zövqlə təmir edilmişdir.

Güzəştlə satılacaq bu mənzillər mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təhvil veriləcək. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilmişdir.

Tezliklə Hövsan Yaşayış Kompleksi haqqında məlumatların ətraflı təqdim olunduğu internet səhifəsi istifadəyə veriləcək. Səhifəyə daxil olmaqla hər bir mənzilin texniki göstəriciləri, təmiri və istifadə olunan inşaat materialları, habelə kompleksin baş planı və ərazisində yaradılan infrastruktur barədə daha ətraflı məlumat əldə etmək mümkün olacaq.


Xəbərlər departamenti

Gündəm