Mikayıl Cabbarov: "Azərbaycan regionlarında əsas kapitala investisiyalar 8,9 % artıb"
15.09.2023 11:58 İqtisadiyyat

Mikayıl Cabbarov: "Azərbaycan regionlarında əsas kapitala investisiyalar 8,9 % artıb"

Bu ilin yanvar-iyun aylarında Azərbaycan regionlarında əsas kapitala investisiyalar 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,9 % artıb.

MediaPost xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir qeyd edib ki, regionlarda əsas kapitala yatırılan investisiyaların həcmi 3,1 milyard manat təşkil edib.

Xəbərlər departamenti

Gündəm