Mikayıl Cabbarov Moldovanın ölkəmizdəki səfiri ilə görüşüb - FOTO
07.06.2023 12:28 İqtisadiyyat

Mikayıl Cabbarov Moldovanın ölkəmizdəki səfiri ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Yesaulenko ilə görüşüb.

MediaPost xəbər verir ki, O bu barədə “Twitter” hesabında paylaşım edib.

Bildirilib ki, səfirlə ölkələrimiz arasında mövcud əlaqələr, iqtisadi münasibətlərin inkişaf istiqamətləri, investisiya, ticarət, energetika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə müzakirələr aparılıb.

Xəbərlər departamenti

Gündəm