Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqlar araşdırılır - NAZİRLİK
23.05.2023 10:09 Mədəniyyət

Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqlar araşdırılır - NAZİRLİK

“Mikayıl Müşfiqə aid olduğu ehtimal olunan qalıqların müayinəsi bu gün də davam etdirilir”.

MediaPost xəbər verir ki. bu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

O bildirib ki, lakin hələ bu istiqamətdə konkret bir nəticə yoxdur:

“Onunla yanaşı digər siyasi xadimlərin də qalıqları var idi. Həmin qalıqların da kimə aid olduğu müəyyənləşdirilməyib”.

Xəbərlər departamenti

Gündəm