Millət vəkili Əməkdar artisti təbrik etdi - <span>FOTO</span>
07.01.2021 22:48 Mədəniyyət

Millət vəkili Əməkdar artisti təbrik etdi - FOTO

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Əməkdar artisti Kubrabəyim Əliyeva ilə Mədəniyyət Komitəsində görüşərək, onu adgünü münasibəti ilə təbrik edib. Əməkdar artistin yubiley günlərində Bakıda olmadığı, sonrakı dövrlərdə səhhətindəki problemlər və pandemiya məhdudiyyətləri səbəbindən görüşmək imkanı olmadığını xatırladan Q.Paşayeva, 70 illik yubileyi münasibəti ilə bağlı Mədəniyyət Komitəsinin Təbrik Məkrubunu da təqdim edib.

Kübrabəyim xanımın Sumqayıt Dövlət Dram Teatrında, Musiqili Komediya Teatrında, ümumən teatr və kinoda yaddaqalan rollarla çıxış etdiyini vurğulayan Q.Paşayeva, onun yaratdığı obrazların geniş tamaşaçı rəğbəti qazandığını bildirib: “Siz, uzun illər məhsuldar yaradıcı fəaliyyət göstərmisiz; həmişə də, tamaşaçıların alqışını, sənətsevərlərin təqdirini görmüsüz. Siz, 2000-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Əməkdar artist” fəxri adına layiq görülmüsüz; 2006-cı ildən isə Prezident təqaüdçüsüsüz. Bütün bunlar Sizin əməyinizin dövlətimiz və xalqımız tərəfindən qiymətləndirildiyinin ifadəsidir.

Sizi, bir daha 70 illik yubileyiniz, yeni təqvim ili, eləcə də, düşmən üzərində tarixi zəfərimiz münasibəti ilə Mədəniyyət Komitəsi adından, şəxsən öz adımdan təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

Əməkdar artist K.Əliyeva Komitə sədrinə səmimi görüş və təbriklər üçün təşəkkür edib.

Xəbərlər şöbəsi

Gündəm