Milli Aviasiya Akademiyasının iki müəllimi vəfat etdi
09.05.2021 22:16 Hadisə

Milli Aviasiya Akademiyasının iki müəllimi vəfat etdi

Milli Aviasiya Akademiyasının Elmi Tədqiqat Nəqliyyat Aerokosmik Problemləri İnstitutunun Yeni texnika və patent şöbəsinin rəisi Arif Ramazanzadə və Aerokosmik cihazlar kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Arif Bədəlov dünyasını dəyişib.

"MediaPost" xəbər verir ki, bu barədə Milli Aviasiya Akademiyası feysbuk hesabında məlumat yayıb.

Xəbərlər şöbəsi

Gündəm