Milli Məclis qanunvericilik fəaliyyətini dayandırıb
04.12.2019 11:24 Gündəm

Milli Məclis qanunvericilik fəaliyyətini dayandırıb

"Report"un məlumatına görə, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, Konstitusiya Məhkəməsinin qərarına qədər deputatların xarici səfərləri müvəqqəti dayandırılmışdı: “Artıq Konstitusiya Məhkəməsinin qərarı var. Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının və digər beynəlxalq təşkilatların yığıncaqları olacaq. Həmin iclaslara Milli Məclisin üzvləri gedəcəklər.

Dekabrın 18-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının iclası keçirilməlidir, o iclası da keçiriləcək. Sadəcə, parlamentin qanun və qərar qəbul etməklə əlaqədar plenar iclasları keçirilməyəcək. Yeni qanunları 6-cı çağırış parlament qəbul edəcək”.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm