Milli Məclisdə büdcə müzakirələri başlayıb
05.11.2019 08:25 Siyasət

Milli Məclisdə büdcə müzakirələri başlayıb

Bu gün Milli Məclisin komitələrində gələn ilin dövlət və icmal büdcələrinin müzakirələri başlayıb.

Mediapost.az xəbər verir ki, müzakirələrdə dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 913,7 milyon manat məbləğində proqnozlaşdırılır. Bu, 2019-cu ilin proqnozu ilə müqayisədə müvafiq olaraq 4,2% və 6,8% çoxdur. Beləliklə, büdcə kəsri 2 779,2 milyon manat məbləğində gözlənilir ki, bu da illik müqayisədə 37,4% azdır.

Gələn il Azərbaycanın icmal büdcəsinin isə gəlirləri 27 533,1 milyon manat, xərcləri 29 488,3 milyon manat məbləğində proqnozlaşdırılır. Son nəticədə büdcə kəsiri 1 955,1 milyon manat təşkil etməlidir ki, bu da 2020-ci ildə ölkədə gözlənilən ümumi daxili məhsulun (ÜDM) dəyərinin 2,3%-i qədərdir.

Xəbərlər departamenti

Gündəm