"Milli Məclisdə koronavirusa görə işlər aparılır" - RƏSMİ AÇIQLAMA
Konstitusiya Məhkəməsinin bu günlərdə seçki ilə bağlı yekun qərar verəcəyini nəzərə alsaq, Milli Məclisin (MM) də dezinfeksiya olunmasının zəruriliyi meydana çıxır.
Məsələ ilə bağlı “MediaPost”a danışan Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu koronavirusa görə parlamentdə müvafiq tədbirlər görüldüyünü deyib:
“Artıq neçə vaxtdır ki, bu məsələ ilə bağlı hərtərəfli profilaktik tədbirlər həyata keçirilir. Dezinfeksiya təkcə bir günün işi deyil. Ümumiyyətlə, bu məsələ mütəmadi olaraq diqqət mərkəzindədir. Narahatlığa heç bir əsas yoxdur”.
Xatırladaq ki, Konstitusiya Məhkəməsi Milli Məclisə növbədənkənar seçkilərlə bağlı dairələr üzrə araşdırmaları başa çatdırarsa, parlament gələn həftə fəaliyyətə başlaya bilər.