Milli Məclisin buraxılması barədə məsələ dekabrın 2-də parlamentdə müzakirəyə çıxarılacaq
29.11.2019 10:52 Gündəm

Milli Məclisin buraxılması barədə məsələ dekabrın 2-də parlamentdə müzakirəyə çıxarılacaq

Milli Məclisin buraxılması barədə məsələ dekabrın 2-də parlamentdə müzakirəyə çıxarılacaq.

"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib.

O bildirib ki, dekabrın 2-də qanunverici orqanın iclası keçiriləcək: "İclasın gündəliyində bir məsələ var. Bu da YAP-ı təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətinin müzakirəsidir".

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm