Milli Teatr Günü münasibətilə telemarafon keçiriləcək
10.03.2023 09:14 Mədəniyyət

Milli Teatr Günü münasibətilə telemarafon keçiriləcək

10 mart – Milli Teatr Günü münasibətilə yerli televiziya kanallarının iştirakı ilə telemarafon keçiriləcək.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

MediaPost bildirir ki, nazirliyin təşəbbüsü ilə keçirilən telemarafonla gün ərzində televiziya kanallarında teatrların fəaliyyətinə nəzər salınacaq, tamaşalar nümayiş olunacaq, ömrünü Azərbaycan səhnəsinə həsr edən sənətkarların fikir və düşüncələri təqdim ediləcək.

Xəbərlər departamenti

Gündəm