Millimiz son oyunda  uduzdu
13.11.2020 00:47 Futbol

Millimiz son oyunda uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununa çıxıb.

"MediaPost"  xəbər verir ki, 2-ci qrupda mübarizə aparan Milan Obradoviçin yetirmələri İsveçrə ilə qarşılaşıb. Qrupun itkisiz irəliləyən lideri ilə görüş səfərdə baş tutub.

Bu oyunda da futbolçularımız hesabı açdıqları görüşdən məğlubiyyətlə ayrılıblar.

AÇ-2021-in seçmə mərhələsi

2-ci qrup
12 noyabr

İsveçrə – Azərbaycan 2:1
Qol: B.Toma, 49. F.Stoyilkoviç, 90+1 – O.C.Kökcü, 22.
Baş hakim: Kaspar Syiberq (İsveç)
Tyun. “Tyun Arena”.

Xəbərlər şöbəsi

Gündəm