Milyonlarla barel neft tankerlərdə qalıb
23.04.2020 08:49 İqtisadiyyat

Milyonlarla barel neft tankerlərdə qalıb

Koronavirusun yayılması neftə olan tələbatı kəskin azaldıb, nəticədə milyonlarla barel neft tankerlərdə qalıb.

"MediaPost" xəbər verir ki, “Reuters”in məlumatına görə, Koronavirus ABŞ-da neft qiymətlərinə mənfi təsir edir. Alıcı olmadığı üçün neft tankerləri Kaliforniya sahillərində 20 milyon barellik rekord həcmdə yüklə açıq dənizdə gözləməyə başlayıb. Üstəlik yükü boşaltmağa da yer yoxdur.

Bu rekord göstərici normal dövrdə qlabal miqyasda gündəlik neft istehlakının beşdəbirini təşkil edirdi. Məlumata görə, dünya miqyasında dənizlərdəki tankerlərdə 160 milyon barrel neft qalıb.


Xəbərlər departamenti

Gündəm