Mingəçevirdə qəza olub, yaralananlar var
Mingəçevirdə yol qəzası olub.
"MediaPost" xəbər verir ki, hadisə şəhərin Gəncə şosesində qeydə alınıb. “Hyundai” markalı minik maşını yük maşını ilə toqquşub.
Qəza nəticəsində Bərdə rayon sakinləri – 1996-cı il təvəllüdlü Səma Xıdırova və onun körpəsi, 2020-ci il təvəllüdlü Narlı Xıdırova xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır. APA