Minskdə Rusiya ilə inteqrasiyaya qarşı daha bir mitinq baş tutub
29.12.2019 15:59 Xarici siyasət

Minskdə Rusiya ilə inteqrasiyaya qarşı daha bir mitinq baş tutub

“MediaPost” Lenta.ru-ya istinadən xəbər verir ki, mitinq bəzi yerli KİV-lərin canlı yayımlandığı Oktyabrskaya meydanında baş tutub. Belarus hakimiyyət orqanlarının Rusiya ilə inteqrasiya üçün yol xəritələrini imzalamaq planları ilə razılaşmayan müxalifət və vətəndaşlar şəhər mərkəzində toplaşıb. İcazəsiz aksiya olmasına baxmayaraq hüquq-mühafizə orqanları mitinqə müdaxilə etməyib.

Daha öncəki 7-8 dekabr Minsk aksiyalarında min nəfərdən az adam iştirak etmişdi. Mitinqdə "Çıx!", "Bizə qoşul!", "Yaşasın Belarus!", "İmperiya Rusiyası ilə ittifaq yoxdur!" və “Müstəqillik!" kimi şüarlar səsləndirilib.

Xatırladaq ki, Rusiya və Belarus “Birlik Dövləti”nin yaradılması haqqında müqavilənin tinteqrasiya dərəcəsi keçən ilin sonundan bəri müzakirə olunur. Saziş 1999-cu ilin dekabrında imzalanıb, 2000-ci ildə qüvvəyə minib. Sənəd vahid siyasi, iqtisadi, hərbi, gömrük, valyuta, hüquqi, humanitar və mədəni məkanın formalaşmasını əhatə edir. Bundan əlavə, sənəd özündə qanunvericiliyin, dövlət rəmzlərinin və pul vahidlərinin birləşdirilməsini, vahid parlamentin və digər orqanların yaradılmasını da özündə ehtiva edir.

Coşqun Əli

Xəbərlər departamenti

Gündəm