Misir Prezidenti: Danışıqlarımız çox gözəl və müsbət mühitdə keçib
28.01.2023 16:28 Xarici siyasət

Misir Prezidenti: Danışıqlarımız çox gözəl və müsbət mühitdə keçib

Danışıqlarımız çox gözəl və müsbət mühitdə keçib. İstərdim ki, ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı səylərimizi daha da gücləndirək.

MediaPost xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah Əs-Sisi mətbuata bəyanatında bildirib.

Müzakirələr zamanı Misir və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasına dair razılıq əldə olunduğunu qeyd edən Prezident Əbdülfəttah Əs-Sisi deyib ki, bütün bunlar mövcud siyasi iradənin fonunda əlçatandır və inkişaf etdirilməsi mümkündür.

Əbdülfəttah Əs-Sisi Misirin əczaçılıq infrastrukturundan Azərbaycanın dərman ehtiyaclarının ödənilməsi üçün istifadə edilməsinə hazır olduqlarını bildirib.

Xəbərlər departamenti

Gündəm