Misir Prezidenti Ermənistana gedib
28.01.2023 16:59 Dünya

Misir Prezidenti Ermənistana gedib

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi İrəvanda səfərdədir.

MediaPost “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu, Misir dövlət başçısının Ermənistana ilk səfəridir.

Onun həmkarı Vaaqn Xaçaturyanla görüşü gözlənilir.

Qeyd edək ki, Əbdülfəttah Əs-Sisi İrəvana Bakıdan gedib. O, yanvarın 27-28-də Azərbaycanda səfərdə olub.

Xəbərlər departamenti

Gündəm