Misirdə maraqlı kəşf: 27 sarkofaq tapıldı - FOTOLAR
21.09.2020 15:38 Dünya

Misirdə maraqlı kəşf: 27 sarkofaq tapıldı - FOTOLAR

Misirin paytaxtı Qahirədə 27 sarkofaq tapılıb.

"MediaPost" xəbər verir ki, bu barədə Misir Tarixi Əsərlər naziri Xalid əl-Anani məlumat verib. O, Qahirənin 24 km cənub-qərbində yerləşən Saqqara nekropolunda tapılan sarkofaqların 2500 il öncəyə və 22-ci xanədana aid olduğunu qeyd edib. Bildirilib ki, sarkofaqlardan 13-ü bu ayın əvvəlində, digər 14-ü isə daha sonra tapılıb. 

Əl-Anani tabutlardakı şəxslərin kimliyi ilə bağlı araşdırma aparıldığını söyləyib.

 

Anara Mikail

Gündəm