Bakıda piyadanı maşın vurub öldürdü
21.09.2020 10:01 Hadisə

Bakıda piyadanı maşın vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"MediaPost" xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon ərazisində yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb.

Araşdırmalarla ölən şəxsin 1977-ci il təvəllüdlü Əhmədov Əhməd Nurəddin oğlu olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Əcəmi Əsədulla

Gündəm