MM-də “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq
Milli Məclisdə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq.
MediaPost xəbər verir ki, bu, Parlamentin Mədəniyyət komitəsinin 2023-cü ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planına daxil edilib.
Komitəyə Milli Məclisin Sosial qanunvericilik şöbəsi ilə birlikdə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsini sessiya müddətində hazırlamaq tapşırılıb.