MM sədri: "Bu müharibədə Ermənistan elə ağır zərbə aldı ki, onun özünə gəlməsi üçün uzun illər lazımdır"
13.11.2020 11:26 Daxili siyasət

MM sədri: "Bu müharibədə Ermənistan elə ağır zərbə aldı ki, onun özünə gəlməsi üçün uzun illər lazımdır"

“Xalqımız İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. Bu yumruq düşmənə endirilən ağır zərbələrin göstəricisi idi. Bu birliyin qarşısında düşmən duruş gətirə bilməzdi və gətirə də bilmədi".

“MediaPost” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib. O bildirib ki, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin imzaladığı bəyanatla müharibəyə son qoyuldu:

“Bu bəyanatın Azərbaycan üçün çox böyük önəmi var. Kəlbəcər, Laçın, Ağdam qan tökülmədən Azərbaycana qaytarılacaq.

Bu müharibədə Ermənistan elə ağır zərbə aldı ki, onun özünə gəlməsi üçün uzun illər lazım olacaq. Ermənistanda hazırda iqtidar müxalifətin deputatlarını həbs edir, küçələrdə iğtişaşlar baş verir. Bütün bu hadisələr Qərbin demokratik ölkə kimi göstərdiyi bir ölkədə baş verir. Qərb ölkələri Ermənistanda baş verənlərə münasibət bildirmir”.

S.Qafarova söyləyib ki, Prezidentin də dediyi kimi, bizə demokratiya dərsi keçməyə çalışanlar gərək güzgüdə özlərinə baxsınlar:

 “Ermənilər bizim işğal altında olan kənd və rayonlarımızı talan edib, dağıdıblar. Əminik ki, Azərbaycan bütün dağılmış yerləri bərpa edəcək. Bilirik ki, müharibə başladığı dövrdə dövlət başçısı nə qədər təzyiqlərə məruz qalsa, da geri çəkilməyib, Qələbəni təmin edib. Hər gün Azərbaycandan dayanmağı tələb edirdilər, lakin cənab Prezident bəyan etdi ki, biz öz torpaqlarımızı azad edirik. Eşq olsun İlham Əliyevə, eşq olsun Müzəffər Ordumuza, yaşasın Azərbaycan xalqı”.

Xəbərlər şöbəsi

Gündəm