MN: “Cəbhənin Ağdərə istiqamətində düşmənin UAZ-ı sıradan çıxarılıb”
04.11.2020 14:03 Hərbi

MN: “Cəbhənin Ağdərə istiqamətində düşmənin UAZ-ı sıradan çıxarılıb”

Cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.

Bu barədə "MediaPost"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, UAZ markalı hərbi avtomobilin sıradan çıxarılması nəticəsində məhv edilən şəxsi heyətlər arasında hərbi hissənin zabiti kapitan Ando Qrikoryan da olub.

Xəbərlər şöbəsi

Gündəm