MN-də yaradılmış komissiyalarda “veteran adı”nın verilməsi səlahiyyəti yoxdur - RƏSMİ
17.01.2021 12:20 Hərbi

MN-də yaradılmış komissiyalarda “veteran adı”nın verilməsi səlahiyyəti yoxdur - RƏSMİ

Müdafiə Nazirliyinin tərkibində yaradılmış komissiyaya “veteran adı” və yaxud veteran kitabçasının verilməsi səlahiyyəti verilməyib.

"MediaPost" Trend-ə istinadən  xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

Onun sözlərinə Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılması üçün Müdafiə Nazirliyinin tərkibində yaradılmış komissiyaya “veteran adı” və yaxud veteran kitabçasının verilməsi səlahiyyəti verilməyib:

"Vətəndaşlarımızdan xahiş edirik ki, bu məqsədlə  komissiyaya müraciət etməsinlər".

Həmçinin bildirilib ki, son 6 gündə yaradılmış komissiyaya Bakı şəhəri üzrə 1751, Füzuli şəhərindən isə 202 nəfər müraciət edib.

 

 

Xəbərlər şöbəsi

Gündəm