MN: Düşmən snayper tüfənglərindən atəş açdı
11.02.2020 06:58 Qarabağ Azərbaycandır

MN: Düşmən snayper tüfənglərindən atəş açdı

Bu barədə "MediaPost"a Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Baş Qərvənd, Cəvahirli, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Xəbərlər departamenti

Gündəm