MN: “Düşmənin əlahiddə zirehli tank taborunun komandiri məhv edilib”
03.11.2020 16:52 Hərbi

MN: “Düşmənin əlahiddə zirehli tank taborunun komandiri məhv edilib”

Cəbhənin Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankı sıradan çıxarılıb.

Müdafiə Nazirliyindən "MediaPost"a verilən məlumata görə, bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində 77-ci əlahiddə zirehli tank taborunun komandiri podpolkovnik Nelson Akopcanyan məhv edilib.

Xəbərlər şöbəsi

Gündəm