MN: Hərbi qulluqçunun həlak olması barədə erməni mətbuatının yaydığı məlumat növbəti dezinformasiyadır
30.11.2019 10:05 Qarabağ Azərbaycandır

MN: Hərbi qulluqçunun həlak olması barədə erməni mətbuatının yaydığı məlumat növbəti dezinformasiyadır

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti "Report"un sorğusuna cavabında bildirib.

"Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusu cəbhədə itki verməyib və ümumiyyətlə bu ad və soyadda hərbi qulluqçumuz yoxdur.

Son günlər cəbhə xəttindəki vəziyyətlə bağlı Ermənistan tərəfi bir neçə dəfə yalan məlumat yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq niyyətindədir. Qarşı tərəfi bu kimi addımlardan çəkinməyə çağırır və düşməni onun istənilən fəaliyyətinin qarşısının Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal və qətiyyətlə alınacağı barədə xəbərdar edirik", - deyə, nazirlikdən əlavə olunub.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm