Mnatsakanyan Paşinyanın razılaşma imzalayacağından xəbərsiz olduğunu etiraf edib
14.11.2020 12:24 Siyasət

Mnatsakanyan Paşinyanın razılaşma imzalayacağından xəbərsiz olduğunu etiraf edib

Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın baş nazir Nikol Paşinyanın imzaladığı bəyanatdan xəbərsiz olduğu məlum olub. 

"MediaPost" xəbər verir ki, bu barədə ölkənin “Qraparak” qəzeti yazıb.

“Bu gün bir çox məmur yer altına girib, amma ən qəribəsi XİN rəhbəri Zöhrab Mnatsakanyanın susmasıdır. Çünki bu, hər şeydən əvvəl diplomatiyanın, sonra ordunun məğlubiyyətidir”, - deyə nəşr qeyd edib.

Qəzet daha sonra yazır ki, nazir bu yaxınlarda XİN-in rəhbər şəxslərini toplayaraq Paşinyanın belə bir razılaşma imzalayacağından xəbərsiz olduğunu etiraf edib.

“Razılaşmanın onun üçün gözlənilməz olduğunu söylədi. İclasda iştirak edənlər çox qəzəbləndilər, nazirə inanmadılar və onun qarşısında ciddi ittihamlar səsləndirdilər. Nazir müavinlərindən biri masadan qalxıb getdi. Xarici İşlər Nazirliyinin bu və ya digər şəkildə danışıqlar prosesində iştirak edən işçilərinin əksəriyyəti hadisəni bağışlanmaz hesab edir və Zöhrab Mnatsakanyanın da istefa etməsi lazım olduğunu düşünürlər”, -deyə mətbu orqan qeyd edib.Qafqazinfo

Xəbərlər şöbəsi

Gündəm