“Model üçün peşəkarlıq lazımdır” - ŞƏRH
18.11.2023 13:42 Mədəniyyət

“Model üçün peşəkarlıq lazımdır” - ŞƏRH

Modellik həmişə qlamur və dəbdəbə ilə əlaqəli olan bir peşədir. Bir çox insan, xüsusən də gənc qadınlar modellikdə pullu karyera qurmağı xəyal edir. Amma modelləşdirmənin sərt reallığı ondan ibarətdir ki, bu, ilk baxışdan çoxlarına göründüyündən daha çox işləməyi tələb edən çətin bir işdir.

Mövzu ilə əlaqədar modelyer, dizayner Raifa Süleymanova MediaPost-a açıqlama verib.

Onun sözlərinə görə, model olmaq üçün 185 sm boy lazımdır:

“Bizdə bir-iki agentlik var ki, onlar mütəmadi işləyirlər. Onların nümayişləri, sərgiləri olur. Onlar aylıq qazanclarını çıxara bilirlər. Burada əsas məsələ peşəkarlıqdır. Sabah biri çıxıb deyə bilər ki, mən modeləm. Amma mən ondan soruşanda ki, boyun necədir, deyir 175 sm. Deyirəm ki, bu boy model sayılmır, orta boydur. Model olmaq üçün 185 sm boy lazımdır. Hazırda 5-10 nəfər belə model var. Onlar peşəkardır və həmişə iş tapırlar. Amma deyə bilmərəm ki, onların sayı çoxdur. Model üçün peşəkarlıq lazımdır”.

Fidan Ramazan

Gündəm