"Modul tipli xəstəxanaların sayı 16-ya çatdırılacaq"
06.08.2020 12:03 Rəsmi

"Modul tipli xəstəxanaların sayı 16-ya çatdırılacaq"

“Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir. Onlardan 4-ü bir gün ərzində - iyulun 29-da fəaliyyətə başlayıb. Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində mənim iştirakımla bu xəstəxanaların açılışı olmuşdur". 

“MediaPost” xəbər verir ki, Prezident İlham Əliyev bəyan edib: "Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, bizim təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək”.

Xəbərlər şöbəsi

Gündəm