MOİK təmsilçimiz ikiqat Avropa çempionu olub
13.02.2020 16:10 İdman

MOİK təmsilçimiz ikiqat Avropa çempionu olub

Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun (MOİK) təmsilçisi baş leytenant Rafiq Hüseynov çətinlik çəkmədən əvvəlcə niderlandlı güləşçiyə qalib gəlib.

"MediaPost" xəbər verir ki, İsveç təmsilçisi ilə görüşdən də üstünlüklə ayrılan güləşçimiz yarımfinala yüksəlib.

Növbəti görüşdə italiyalı rəqibinə qalib gələn MOİK təmsilçisi R.Hüseynov doqquz illik fasilədən sonra Avropa çempionatının finalına vəsiqə qazanıb.
Fevralın 12-də 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində təsəlliverici görüşlər, axşam seansında isə medal qarşılaşmaları keçirilib.
Finalda 82 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz R.Hüseynov həlledici qarşılaşmada Bolqarıstan idmançısı Daniel Tixomirov-Aleksandrov ilə üz-üzə gələrək onu 2:1 hesabı ilə məğlub edib.
Beləliklə yunan-Roma güləşçimiz R.Hüseynov qızıl medal qazanaraq ikiqat Avropa çempionu adına sahib olub.

Xəbərlər departamenti

Gündəm