Moldovada fövqəladə vəziyyət rejimi 60 gün uzadıldı
Moldova parlamenti Ukraynadakı vəziyyət fonunda ölkənin təhlükəsizliyinə təhdidlər səbəbindən ölkədə fövqəladə vəziyyət rejimini daha 60 gün uzadıb.
MediaPost TASS-a istinadən xəbər verir ki, qərar cümə günü qanunverici orqanın mətbuat xidmətinin yayımladığı iclasda qəbul edilib.
“Moldova Respublikasının bütün ərazisində fövqəladə vəziyyət 4 iyun 2023-cü il tarixindən etibarən 60 günlük müddətə uzadılıb”, - sərəncamda deyilir.