“Moody's” SOCAR-ın reytinqini müəyyən etdi
08.04.2021 10:27 Maliyyə

“Moody's” SOCAR-ın reytinqini müəyyən etdi

"Moody's Investors Service" ("Moody's") şirkəti SOCAR-ın defolt və üstün hüquqa malik təminatsız notlar üzrə reytinqlərini "Ba2" səviyyəsində, baza kredit ödəmə qabiliyyəti reytinqini isə "b1" səviyyəsində təsdiqləyib.

"MediaPost" agentliyə istinadən xəbər verir ki, SOCAR-ın reytinqləri üzrə proqnozu "stabil"dən "müsbət"ə yüksəldilib.

"Moody's"in məlumatına görə, sözügedən yaxşılaşdırma Azərbaycanın reytinqləri üzrə proqnozunun artırılmasından irəli gəlir. Reytinqlərin sözügedən səviyyədə təsdiqlənməsi isə SOCAR-ın dövlətlə möhkəm kredit əlaqələrini, habelə Azərbaycanın iş və makroiqtisadi mühitinin təsirini əks etdirir. Agentliyə görə, ölkənin monetar və makro siyasət çərçivəsindəki irəliləyişi SOCAR-ın əməliyyat və makroiqtisadi mühitini tədricən yaxşılaşdıraraq şirkətin kredit profilini dəstəkləyəcək.

Xəbərlər departamenti

Gündəm