Moskvada 63 illik temperatur rekordu qırılıb
18.12.2019 15:32

Moskvada 63 illik temperatur rekordu qırılıb

APA-nın xəbərinə görə, bu barədə İnterfaks Rusiyanın Hidrometeorologiya mərkəzinə istinadən məlumat yayıb.

Bildirilib ki, bununla da Moskvada 63 illik temperatur rekordu qırılıb. Belə ki, 1956-cı ilin dekabrın 18-də Moskvada 2,8 dərəcə temperatur qeydə alınıb.

Dekabrın 18-də Moskvada ən yüksək temperatur 1886-cı ildə (+5,3) müşahidə olunub.

Sinoptiklər bu gün Moskvada havanın temperaturunun 6 dərəcəyə yüksəlməsini də istisna etmirlər ki, bu da 19-cu əsrin sonunda qeydə alınan rekordu qıra bilər.

Sinoptiklər sabah da Moskvada anomal istilərin olacağını proqnozlaşdırırlar.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm