Moskvada İdliblə bağlı Rusiya və Türkiyə arasında görüş başa çatıb
18.02.2020 17:20 Xarici siyasət

Moskvada İdliblə bağlı Rusiya və Türkiyə arasında görüş başa çatıb

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə “Sputnik Türkiyə” məlumat yayıb.

Görüşdən sonra Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Moskvada İdliblə bağlı aparılan danışıqlar haqda danışıb. O bildirib ki, qarşılıqlı şəkildə atəşkəsin bərpa edilməsi, Soçi razılaşmasına əməl edilməsi və digər məsələlər müzakirə edilib.

“Moskvada aparılan danışıqlarda nəticə əldə olunmasa, qarşıdakı günlərdə liderlər səviyyəsində görüşlər keçirilə bilər”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm