Moskvada Lukaşenkoya qarşı etiraz: saxlanılanlar var
21.09.2020 00:01 Dünya

Moskvada Lukaşenkoya qarşı etiraz: saxlanılanlar var

Rusiyanın paytaxtı Moskvada Belarus səfirliyinin qarşısında toplaşaraq seçki nəticələri ilə razılaşmayan təxminən 10 nəfər saxlanılıb.

Bu barədə TASS məlumat yayıb.

Belə ki, nümayəndəlik qarşısında toplaşan yüzlərlə insandan bir neçəsi polis tərəfindən saxlanılıb. Bəziləri sənəd yoxlamalarından sonra sərbəst buraxılıb.

Qeyd edək ki, etirazçılar 9 avqustdan bəri mütəmadi olaraq səfirlik qarşısına toplaşır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm