Moskvada restoran və barların gecə fəaliyyət göstərməsinə icazə verildi
27.01.2021 10:42 Dünya

Moskvada restoran və barların gecə fəaliyyət göstərməsinə icazə verildi

Rusiyanın paytaxtı Moskvada karantin rejimi yumşaldılıb.

"MediaPost" "TASS"a istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

Məlumatda bildirilib ki, iaşə müəssisələri, gecə klubları, barlar, diskotekalar, karaoke, boulinq, istirahət və əyləncə müəssisələrinin gecə saat 23.00-dan 6.00-dək işinə qoyulan məhdudiyyətlər də ləğv edilir. Eyni zamanda, bu müəssisələr ziyarətçilərin qəbulu və İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət (Rospotrebnadzor) tərəfindən müəyyən edilmiş sanitariya rejiminə riayət olunmasına dair tələblərə hələ də əməl etməlidirlər.

Bununla yanaşı işçilərin ən azı 30%-nin distant rejimdə çalışması tələbi artıq məcburi deyil və tövsiyə xarakterli olacaq. Belə ki, işçiləri ofislərinə qaytarmaq və ya “uzaqda” saxlamaq konkret müəssisə və təşkilat rəhbərlərinin qərarına verilir.

Anara Mikail

Gündəm