Moskvadakı görüşün Azərbaycan üçün iqtisadi nəticələri - VİDEOŞƏRH
12.01.2021 18:47 İqtisadiyyat Fikirlər

Moskvadakı görüşün Azərbaycan üçün iqtisadi nəticələri - VİDEOŞƏRH

Dünən Rusiya, Azərbaycan və Ermənistan arasında Moskvada üçtərəfli görüş keçirildi. Görüşdə üç ölkə arasında regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası müzakirə edilib və bununla bağlı İşçi qrupunun yaradılması təklif edilib. Belə ki, İşçi qrupu işlərin əsas istiqamətlərini və prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək.

İqtisad elmləri doktoru,professor, Azərbaycan Respublikasının keçmiş maliyyə naziri Fikrət Yusifov “MediaPost”a açıqlamasında bildirdi ki, əsas məqsəd bölgənin iqtisadi inkişafını yeni müstəviyə çıxarmaqdır. Bunun üçün də nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsi təmin edilməlidir.

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev “MediaPost”a açıqlamasında nəqliyyat kommunikasiya əlaqələrinin açılmasından bütün bölgə ölkələrinin bəhrələnə biləcəyini dedi: "Bu, həmçinin ölkə üzərindən yükdaşımaların artmasına səbəb ola bilər".

 

Könül Vəliyeva

Gündəm