Mövlud Çavuşoğlu: "Türkiyə ona qarşı sanksiyalara cavab verəcək"
15.12.2019 06:30 Gündəm

Mövlud Çavuşoğlu: "Türkiyə ona qarşı sanksiyalara cavab verəcək"

"Report" "Al Manar" telekanalına istinadən xəbər verir ki, bu barədə nazir Dohada (Qətər) keçirilən işgüzar forumda bildirib.

"Türkiyə ABŞ-ın əvvəlki kimi müttəfiqimiz olmasına inanır və biz onların müttəfiqiyik. Heç kim S-400 alması üzrə Rusiya ilə sazişi ləğv edə bilməz, bu baş tutmuş sazişdir. Rusiyanın təklifi daha çox əlverişli idi. İndi biz Amerikanın "Patriot" sistemlərini almağa hazırıq və Birləşmiş Ştatlardan cavab gözləyirik", - Çavuşoğlu deyib.

Nazir həmçinin xəbərdarlıq edib ki, Türkiyə ona qarşı Rusiyanın S-400 zenit-raket sistemlərini almasına görə tətbiq edilmiş istənilən sanksiyalara cavab verəcək.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm