MSK 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsi ilə bağlı qərar qəbul edib
21.02.2020 14:16 Hadisə

MSK 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsi ilə bağlı qərar qəbul edib

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov bildirib ki, müraciət ekspert qrupu tərəfindən araşdırılıb: “Araşdırma ilə əlaqədar müvafiq Dairə Seçki Komissiyasından alınan sənədlər də araşdırma materiallarına əlavə edilib. İddiaçı öz müraciətində səsvermə günü Seçki Dairəsi üzrə bütün məntəqələrdə qanun pozuntularının olduğunu bildirib, buna görə də səsvermənin nəticələrinin ləğvini istəyib. Lakin araşdırma zamanı müraciətdə göstərilən hallar təsdiqini tapmayıb. Təklif edirəm ki, Aygün Süleymanlının müraciəti təmin edilməsin”.


Bax: MSK daha iki məntəqənin nəticələrini ləğv etdi - YENİLƏNİB


MSK müraciəti müzakirəyə çıxarıb və A. Süleymanlının müraciəti təmin edilməyib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm