MSK bugünkü iclası ilə rekord qırdı
20.02.2020 19:06 Daxili siyasət

MSK bugünkü iclası ilə rekord qırdı

"MediaPost"un xəbərinə görə, qurumun iclası həmişəki kimi 2 yox, 4 saat yarım davam edib.

İclasda ümumilikdə 24 məntəqənin nəticəsi ləğv olunub.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 99 saylı Şəmkir seçki dairəsi, 27 saylı Sabunçu ikinci seçki dairəsi və 121 saylı Laçın seçki dairəsindən quruma daxil olan müraciətlər araşdırılması üçün DSK-ya göndərilib.

İclasda 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsində 1, 125 saylı Zəngilan-Qubadlı dairəsində 11, 107 saylı Qazax seçki dairəsindən 1, 57 saylı Kürdəmir seçki dairəsində 5, 11 saylı Qaradağ seçki dairəsində 1, 8 saylı Binəqədi birinci seçki dairəsində 1, 23 saylı Nəsimi-Səbail seçki dairəsində 4 məntəqə üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasına qərar verilib.

72 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə aparılan araşdırma zamanı heç bir pozuntu aşkarlanmayıb.

Xəbərlər departamenti

Gündəm