MSK daha 9 məntəqənin nəticələrini etibarsız saydı - YENİLƏNİB
24.02.2020 16:58 Daxili siyasət

MSK daha 9 məntəqənin nəticələrini etibarsız saydı - YENİLƏNİB

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Tofiq Qasımov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu, digər namizədin xeyrinə səslərin artırıldığını iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 2 seçki məntəqəsində pozuntu halları aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 2 seçki ( 7 və 32 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 29 saylı Səbail seçki dairəsindən namizəd Elçin Rəhimov və digərlərinin müraciətinə baxıl

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

Onun sözlərinə görə, namizədlər müraciətində səsvermə günü bütün seçki məntəqlərində qanun pozuntularının olduğunu iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız bir seçki məntəqəsində pozuntu halları aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 1 seçki ( 23 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 108 saylı Ağstafa seçki dairəsindən namizəd Başxanım Abbasovanın müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Validə Kazımova məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 1 seçki məntəqəsində pozuntu halları aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 1 seçki (26 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 94 saylı Bərdə kənd seçki dairəsindən namizəd Dadaş Əhmədlinin müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib:

“Müraciətlə əlaqədar hərtərəfli araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 1 seçki məntəqəsində pozuntu halları aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 1 seçki (1 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizəd Anar Əsədlinin müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK Ramiz İbrahimov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu, dairə üzrə nəticələrin ləğv edilməsini qeyd edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciət hərtərəfli araşdırılıb. Ərizəçi dairə üzrə 1-59-a qədər olan pozuntularla bağlı mülahizələrini qeyd edib. Şikayətçi tərəfindən təqdim olunan iki protokolla rəsmi protokollar arasında ciddi fərq aşkar edilib. MSK-da araşdırma zamanı dairə üzrə iki seçki məntəqəsində pozuntu aşkar edilib”.

MSK sədri Məzahir Pənahov çıxışında qeyd edib ki, seçki dairəsi protokolları nəzərə almadığına görə cəzalandırılmalıdır.

İclasda iştirak edən namizəd Anar Əsədli çıxışında bildirib ki, MSK-ya dairə üzrə 31 məntəqəni əhatə edən 109 videofakt təqdim edilib:

“Məntəqə sədrləri protokol verməkdən imtina ediblər. Biz bununla bağlı görüntüləri sizə təqdim etmişik. Məntəqə sədrləri tərəfindən dairəyə protokolları möhürsüz, ağzı açıq şəkildə kisələrdə gətiriblər. Biz ümumilikdə 8 məntəqədən protokol əldə edə bilmişik, digərlərindən isə bizə protokol təqdim edilməyib. Bununla bağlı MSK-nın “Qaynar xətti”nə də müraciət etmişik.

İclasda daha sonra həmin dairənin 2 seçki (48 və 50 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin lider namizədi İmamverdi İsmayılovdur.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm