MSK daha bir nəfərin namizədliyini ləğv etdi
07.02.2020 13:57 Daxili siyasət

MSK daha bir nəfərin namizədliyini ləğv etdi

“Report” xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirə edilib.

MSK katibi Arifə Muxtarova bildirib ki, 86 saylı İsmayıllı seçki dairəsinin sədri tərəfindən Məzahir Səfər oğlu Şahvələdovun ikili vətəndaşlığının olması ilə bağlı quruma müraciət edilib: “Tərəfimizdən yoxlamalar aparılıb və müraciətin doğruluğu sübuta yetirilib”.

Daha sonra məsələ müzakirəyə qoyulub. Müzakirələr nəticəsində Məzahir Səfər oğlu Şahvələdovun namizədliyi ləğv edilib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm