MSK-dən namizədlərə "sükut günü" xəbərdarlığı
07.02.2020 16:56 Daxili siyasət

MSK-dən namizədlərə "sükut günü" xəbərdarlığı

Bunu APA-ya açıqlamasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

R. Qasımov bildirib ki, “sükut günü” təşviqat imkanlarından istifadə etmək istəyənlərin olmayacağına ümid edir.

“Bu cür hallar aşkarlanarsa, ciddi şəkildə qanun pozuntuları müşahidə edilərsə və araşdırma nəticəsində bunlar sübut olunarsa, seçki komissiyaları Seçki Məcəlləsi əsasında lazım olan bütün hüquqi addımları atacaq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək. Fevralın 8-i ölkədə "sükut günü"dür, təşviqat kampaniyası saat 08.00-dan dayandırılacaq.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm