MSK DSK-nın qərarını ləğv edib
11.01.2020 14:15 Daxili siyasət

MSK DSK-nın qərarını ləğv edib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu günkü iclasında Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak etmək üçün 41 saylı Sumqayıt Birinci Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Murad Rəhimlinin müraciətinə baxılıb.

“Report” xəbər verir ki, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib.

41 saylı Sumqayıt Birinci Dairə Seçki Komissiyası (DSK) imza vərəqələrindəki problemi əsas gətirərək M.Rəhimlinin namizədliyini qeydə almayıb.

MSK DSK-nın qərarını ləğv edib və M.Rəhimlinin namizədliyi qeydə alınıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm