MSK DSK-nın qərarını ləğv edib, seçki dairəsi xüsusi nəzarətə götürülüb
15.01.2020 15:13 Daxili siyasət

MSK DSK-nın qərarını ləğv edib, seçki dairəsi xüsusi nəzarətə götürülüb

“MediaPost” xəbər verir ki, 35 saylı Xətai seçki dairəsindən namizədliyi qeydə alınmayan Abbasov Rauf Çərkəz oğlu MSK-ya müraciət edib.

Onun müraciəti haqqında MSK-nın katibi Arifə Muxtarova məlumat verib. Katibin sözlərinə görə, R.Abbasov müraciətində qeyd edib ki, Dairə seçki Komissiyası onun namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina edib: “Məsələni Mərkəzi Seçki Komissiyasının ekspert qrupu araşdırıb. Qərarda namizədliyin qeydə alınmasından imtina edilmənin səbəbləri göstərilməyib”.

Müzakirələrdən sonra Mərkəzi Seçki Komissiyası namizədin qeydə alınmasından imtina edilməsiylə bağlı DSK-nın qərarını ləğv edib.

MSK sədrinin müavini Rövzət Qasımov deyib ki, həmin seçki dairəsi xüsusi nəzarətə götürülsün: “Çünki ola bilər ki, həmin seçki dairəsi bizə gələcəkdə müəyyən problemlər yarada bilər”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm