MSK daha iki dairə üzrə qərarını açıqladı
23.02.2020 14:30 Daxili siyasət

MSK daha iki dairə üzrə qərarını açıqladı

"Report" xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

O bildirib ki, həmin dairə üzrə namizəd Mehriban Mirzəliyeva müraciətində seçki məntəqələrində səsvermə prosesinin pozulduğunu qeyd edib. MSK üzvü deyib ki, müvafiq dairə seçki komissiyası tərəfindən aparılan araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia olunan pozuntu halları öz təsdiqini tapmayıb və seçicilərin iradəsinə təsir edəcək hər hansı bir hal qeydə alınmayıb. Q.Orucov təklif edib ki, şikayət əsassız hesab olunsun və DSK-nın qərarı qüvvədə saxlanılsın.

Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, sözügedən dairə üzrə lider namizəd Emin Hacıyevdir.

Bundan əlavə, iclasında 11 saylı Qaradağ seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Həmin dairə üzrə namizəd Səxavət Soltanlı müraciətində dairə üzrə seçki məntəqələrində səsvermə prosesinin pozulduğu qeyd edib.

MSK üzvü Qabil Orucov bildirib ki, müvafiq dairə seçki komissiyası tərəfindən aparılan araşdırmalar zamanı dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları öz təsdiqini tapmayıb və seçicilərin iradəsinə təsir edəcək hər hansı bir hal qeydə alınmayıb. Q.Orucov təklif edib ki, şikayət əsassız hesab olunsun və DSK-nın qərarı qüvvədə saxlanılsın. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Aydın Hüseynovdur.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm